Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun alimləri italiyalı həmkarları ilə birgə seminar keçiriblər
31.03.2021 14:35
  • A-
  • A
  • A+

Fizika İnstitutunun alimləri italiyalı həmkarları ilə birgə seminar keçiriblər

AMEA-nın Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Dr. Nahidə Musayeva və laboratoriyanın gənc mütəxxəsisləri İtaliyanın CNR - İMEM (Elektronika və Maqnetizm üçün Materiallar) İnstitutu və Parma Universitetinin bir qrup alimləri - Dr. Claudio Ferrari, professor Francesco Sansone və başqaları ilə birlikdə onlayn seminarda iştirak ediblər. 

Seminarda məqsəd NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının “İnsan iştirakı olmadan partlayıcı aşkar etmək üçün portativ sensorlar“ adlı layihəsi çərçivəsində birgə aparılan elmi tədqiqat işlərinin nəticələrini müzakirə etmək olub. Tədbirdə, həmçinin gələcək planlar müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: