Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Muzeyində Elm gününə həsr olunan seminar keçirilib
27.03.2021 18:11
  • A-
  • A
  • A+

Tarix Muzeyində Elm gününə həsr olunan seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə 27 Mart - Elm Gününə həsr olunan “Tarix elminin öyrədilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolu” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə muzey əməkdaşları, həmçinin Bakı şəhəri 246 saylı məktəb-liseyin, Nərimanov rayon 177 nömrəli orta məktəbin, Ağdam rayon Mahrızlı kənd tam orta məktəbin, Şamaxı rayon Dəmirçi kənd tam orta məktəbin, Zəngilan rayon 29 saylı tam orta məktəbin, Astara rayon M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbin, Hacıqabul rayon 6 saylı tam orta məktəbin, Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin və Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllimləri iştirak ediblər.

Seminarı muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açaraq tədbir iştirakçılarını Elm günü münasibətilə təbrik edib. Qeyd edib ki, elm və təhsil bir-birilə sıx əlaqəlidir və məktəbdə aldığı təhsil hər bir şəxsin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, muzeyin əsas fəaliyyət istiqamətlərindən biri uşaq yaradıcılığının inkişafı, təhsil proqramlarının tətbiqi, uşaqların və yeniyetmələrin buraya cəlb edilməsidir və bu işdə təhsil ocaqlarının, müəllimlərin rolu əvəzsizdir. Diqqətə çatdırıb ki, muzeydə keçirilən açıq dərslər, kvestlər, seminarlar təhsil ocaqları ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.

F.Şəmsi bu işdə göstərdikləri köməyə görə, müəllimlərə öz təşəkkürünü bildirib.

Sonra Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “XIX-XX əsrin əvvəlləri Azərbaycanda elm, təhsil və muzeylərdə təbliğ məsələləri”, şöbənin mütəxəssisi Qənirə Qafarlı “Muzey-məktəb əlaqələrinə baxış (Milli Azərbaycan Tarixi Muzeyi 2019-2021)”, Zəngilan rayon 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova və Ağdam rayon Mahrızlı kənd tam orta məktəbin tarix müəllimi İntiqam Əsədov “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda məruzələr ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: