Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeoloq alimlərin tədqiqatlarının nəticəsi təqdim olunub
27.03.2021 13:14
  • A-
  • A
  • A+

Arxeoloq alimlərin tədqiqatlarının nəticəsi təqdim olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Elm günü münasibətilə 2020-2021-ci illərdə aparılmış tədqiqatları əks etdirən video-təqdimatlar hazırlayıblar.

Neolit dövrünün Şomutəpə mədəniyyətinə aid Göytəpə yaşayış yeri (tədqiqatçılar: t.ü.f.d. Fərhad Quliyev, professor Yoşihiro Nişiyaki), İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid Çaqqallıqtəpə abidəsi (təqdimat müəllifləri: t.ü.f.d. Səfər Aşurov və İlahə Nəhmətova), Keşikçidağ Qoruğunda aparılmış tədqiqatlar zamanı aşkar edilmiş Orta Tunc və Son Tunc dövrünə aid abidələr (tədqiqatçı: t.ü.f.d. Pərviz Qasımov), Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolu (tədqiqatçılar: t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Bəxtiyar Cəlilov), Orta əsr Şabran şəhər yeri (təqdimat müəllifi: İlahə Nəhmətova) və Beşbarmaq dağında aparılmış tədqiqatlar (tədqiqatçı: Sevinc Hüseynova) barəsində məlumatlar izləyicilərə təqdim olunur.

Video-təqdimatlar elmi tutumu ilə yanaşı, maarifləndirici məqsəd də daşıyır.

Arxeoloq alimlərin 2020-2021-ci illərdə apardıqları tədqiqatların nəticələrini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: