Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib
26.03.2021 14:00
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının sahələrarası ekoloji və iqtisadi sistematik araşdırmalar bölməsinin 25 illik yubileyinə həsr olunan “Strateji regional layihələr və ərazilərin ekoloji, iqtisadi və sosial inkişafı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Onlayn tədbirdə Azərbaycan, Rusiya, Çexiya, Avstriya, Belarus, Özbəkistan, Qazaxıstan və Türkmənistandan alimlərin məruzələri dinlənilib və onların elmi tədqiqatlarının nəticələri təqdim olunub.

Konfransda AMEA-nın Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının rəhbəri, b.e.d., dos. Samirə Nəcəfova və həmin laboratoriyanın əməkdaşı, b.ü.f.d. Aygün Qasımova da iştirak edib.

S.Nəcəfova “Abşeron sənaye bölgəsində ekoloji problemlərin həlli üçün resurslara qənaət, tullantısız və ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanan bioekoklaster kompleksləri” adlı məruzə ilə çıxış edib. Məruzədə konfrans iştirakçılarına mikrobioloji, biokimyəvi və texnoloji proseslərə əsaslanan biotexnologiyaların tətbiqi ilə Azərbaycanın ekoloji-sosial-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin - bioklasterlərin əhəmiyyəti haqqında məlumat verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, N.İsmayılov, S.Nəcəfova və A.Qasımovanın həmmüəllifi olduğu məqalə konfrans materialları toplusuna daxil edilib və elekton variantı Rusiya Təbiət Elmləri Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: