www.science.az
29.01.2015 00:00

AMEA-nın Gənc alim və mütəxəssislər şurasının 2014-cü il üzrə I hesabat-seçki konfransı keçiriləcək

30 yanvar 2015-ci il saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının 2014-cü il üzrə I hesabat-seçki konfransı keçiriləcək.

Konfransda AMEA Rəyasət Heyətinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə yaradılmış Gənc alim və mütəxəssislər şurasının ötən ildəki fəaliyyətini əks etdirən hesabatı dinləniləcək, gənclərin elmə cəlb olunması və onların fəaliyyətində səmərəliliyinin artırılması istiqamətində səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirə kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

Ünvan: Bakı şəhəri, H.Cavid pros., 115, AMEA-nın Əsas binasının dairəvi konfrans zalı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.