Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.03.2021 11:33
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları Fəxri fərmanla təltif olunublar

Neft və Qaz İnstitutunun əməkdaşları Fəxri fərmanla təltif olunublar

Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətini nəzərə alaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova və aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Məlahət Əfəndiyeva AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.

Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova isə İkinci Qarabağ müharibəsi ərzində döyüş bölgəsindəki hərbi qulluqçulara, şəhid və əsgər ailələrinə dəstək aksiyalarında fəal iştirakına görə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: