Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm gününə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən beynəlxalq konfrans keçirilib
21.03.2021 18:40
  • A-
  • A
  • A+

Elm gününə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Elm gününə və Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən “Qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi-qnosoloji əsasları və tətbiqi kriteriyaları” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Konfransda “Tənqidi rasionalizmin elm fəlsəfəsinin fəlsəfi-qnoseoloji əsaslarının formalaşmasında rolu” mövzusunda çıxış edən institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə hər sahədə olduğu kimi, elmdə də qloballaşma prosesinin getdiyini və milli fəlsəfənin qloballaşan dünya ilə ayaqlaşmalı olduğunu bildirib: “Qloballaşma deyəndə, heç də tarixin və ya hansısa mövcud ideologiyanın sonu demək deyil. Filosoflar elmdə gedən bu proseslərdə fəlsəfi baxışın ön plana keçməsi məsələsi ətrafında geniş düşünməli və bunun yollarını göstərməlidirlər. Məhz bu proseslərdə milli fəlsəfə özünü tapmalı, fəlsəfi baxış ön plana keçməlidir. Bunu düşünmək lazımdır”, – deyə İlham Məmmədzadə vurğulayıb.

Sonra professor Arif Bünyatov “Qeyri-səlis məntiq konsepsiyasının formalaşmasında elm fəlsəfəsinin rolu”, f.e.d. Füzuli Qurbanov “XX əsrin II yarısında Qərb elmində meydana çıxan yeni konsepsiyaların müqayisəli təhlili”, professor Əli Abasov “Qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafında post qeyri-klassik və qeyri-klassik təfəkkür tərzinin məntiqi metodoloji xüsusiyyətləri”, professor Əbülhəsən Abbasov “Qeyri-səlis məntiq postneoklassik epistomologiyanın tərkib hissəsi kimi”, f.e.d. Afaq Rüstəmova “Lütfi Zadənin qeyri-səlis çoxluqlar və linqvistik dəyişənlər nəzəriyyəsi”, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Pərvinə Yusifova “Neopozitivist fəlsəfə: formal deduktiv sistemlərin məntiqi-metodoloji təhlili” mövzusunda çıxış edib, fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: