Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib
21.03.2021 18:16
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elm gününə həsr olunan elmi seminarı keçirilib.

Seminarı institutun baş direktoru, akademik Əli Abbasov açaraq qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə Elm gününün təsis olunması AMEA-nın yaradıldığı günlə bağlı olaraq xüsusi əhəmiyyətə malikdir. Alim bu əlamətdar günün önəmini vurğulayaraq mart ayı ərzində institutda Elm günü əlaqədar bir sıra tədbirlərin keçirildiyini bildirib.

Sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Ölkənin sosial-iqtisadi inkişafının səviyyəsinin qiymətləndirilməsi modelləri” adlı məruzə ilə çıxış edərək əvvəlcə dünyada sosial-iqtisadi inkişafın səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunan modellərdən ətraflı məlumat verib. Sonra o, makroiqtisadi dayanıqlığı qiymətləndirmək üçün Beynəlxalq Valyuta Fondu tərəfindən təklif olunan göstəricilər nəzərə alınmaqla aparılmış hesablamaların nəticələrini tədqim edib.

Daha sonra alim ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini təyin etmək məqsədilə BMT-nin Bazel İcmalar və İqtisadiyyat İnstitutu tərəfindən təklif olunan sosial kapital göstəricilərinə əlavələr edərək makroiqtisadi səviyyə indekslərinin qiymətləndirildiyini və hesablama prosesində intuitiv qeyri-səlis linqvistik çoxluqlardan istifadə edildiyini seminar iştirakçıların diqqətinə çatdırıb. Bu göstəricilərin sırasında insan kapitalı və elmi tədqiqatlar, iş təcrübəsi, bilik, texnoloji nailiyyətlər və s. alt indekslər də yer alıb.

Q.İmanov nəticə olaraq qeyd edib ki, sadalanan göstəricilər dördüncü sənaye inqilabının baş verdiyi müasir şəraitdə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini elmi nöqteyi-nəzərdən daha dəqiq qiymətləndirməyə imkan verir. O, diqqətə çatdırıb ki, təklif olunan yanaşma modeli qərar qəbul edən şəxslərə inkişaf səviyyəsinin keyfiyyətinin optimal parametrlərini qiymətləndirməyə imkan verir.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: