Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunda Elm gününə həsr olunan tədbir keçirilib
17.03.2021 17:28
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Elm gününə həsr olunan tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Elm gününə həsr olunmuş iclası keçirilib.

İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d Aygün Əliyevanın moderatorluğu ilə baş tutan seminarda GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin nümayəndələri iştirak ediblər.

İclası giriş nitqi ilə açan institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev bildirib ki, ölkə başçısının Sərəncamı ilə Elm gününün təsis olunması AMEA-nın yaradıldığı günə təsadüf edərək xüsusi əhəmiyyət daşıdığını qeyd edib. R.Məstəliyev tədbir iştirakçılarına Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların V beynəlxalq elmi konfransı” barədə məlumat verib.

GAMŞ sədr müavini, k.e.i. Lamiyə Nəcəfova AMEA-nın respublikada elm sahəsində aparılan fundamental tədqiqatların əsas mərkəzi olduğunu vurğulayaraq elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb. L.Nəcəfova enerji amilinin əhəmiyyətli rolundan bəhs edərək öz tədqiqat işi barədə iclas iştirakçılarına məlumat verib.

Seminara dəvət olunmuş iştirakçılardan Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantı Elnur Sadıqov məlumatların idarə olunmasına dair təqdimatla çıxış edib. O, müasir dövrdə informasiya axını, məlumatların idarə olunmasının önəmini qeyd edərək bu sahədə son elmi yeniliklərdən söz açıb.

Sonra r.e.d., professor İlqar Məmmədov, r.ü.f.d., dosent Anar Rəhimov, İSİ-nin magistrantları Pünar Quliyeva və Rüstəm Əzimov çıxış edərək öz fikirlərini və təkliflərini iştirakçıların diqqətinə çatdırıblar.

Sonda Rəşad Məstəliyev Elm günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: