www.science.az
28.01.2015 00:00

Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib

Yanvarın 28-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi” mövzusunda ümuminstitut seminarı keçirilib.

Tədbirdə institutun Diferensial tənliklər şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Nigar Aslanovanın məruzəsi dinlənilib. N.Aslanova qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqi ilə bağlı ətraflı məlumat verib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.