Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

NQİ-nin Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
16.03.2021 15:34
  • A-
  • A
  • A+

NQİ-nin Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

Tədbirdə müəssisənin elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov, müəssisənin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova, şöbə müdirləri, gənc alim və mütəxəssislər iştirak edib.

İclasda institutun Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müzakirə olunub və şuraya yeni sədr kimi Pünhan Səmədlinin namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində Pünhan Səmədli şuranın yeni sədri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: