Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib
15.03.2021 10:39
  • A-
  • A
  • A+

“Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Qazaxıstanın Silkvay Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda postkonflikt dövrünün yeni düzən fəlsəfəsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə Türkiyə, İsrail, Rusiya, İtaliya, Bolqarıstan, Əlcəzair, Pakistan, Fransa və Qazaxıstan alimləri iştirak ediblər.

Konfransı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmmədzadə açaraq Cənubi Qafqazın Azərbaycanın gücü ilə təhlükədən xilas edildiyini və Vətən müharibəsindəki qələbəmiz nəticəsində region xalqlarına sabitlik, sülh və təhlükəsizlik üçün büyük fürsət yarandığını bildirib. Qeyd edib ki, Qafqaz geopolitikasında tarixən maraqların toqquşması xalqların həyatına çox faciələr gətirib: “Ermənistanın avantüradan doğan siyasətinin iflası nəticə etibarı ilə Azərbaycan həqiqətlərini təsdiq etdi. Çünki Azərbaycanın malik olduğu gücün əsasında real tarixi faktların, Cənubi Qafqazda xalqların istəyini ifadə edən sosial vəziyyətin analizi və mümkün potensial imkanların fəlsəfəsinin dərk edilməsi dayanırdı. Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddəratının önəmini tolerant və multikulturalizm ənənələrinədə artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayışın inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil”.

Sonra Silkvay Beynəlxalq Universitetinin Elm və innovasiya üzrə prorektoru, Ph.D. Bibol Jakipbayev konfrans iştirakçılarını salamlayaraq, mövzu ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə, həmçinin “Siyasi strategiya və milli prioritetlər: formalaşan yeni geosiyasi reallıq kontekstində”, “Qarabağ zəfərinin Türkiyə - Azərbaycan və bölgə baxımından sosial-iqtisadi analizi”, “Postmünaqişə mərhələsində Cənubi Qafqazda regional təhlükəsizliyin perspektivləri”, “Cənubi Qafqazdakı qarşıdurmadan sonrakı vəziyyət: sabit bir millətlərarası dünyanın formalaşması, mədəniyyətlərarası münasibətlər və insan hüquqlarının təmin edilməsi”, “44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq”, “Azərbaycan Pakistan münasibətlərinin yeni perspektivləri”, “Postmüharibə dövründə sülh və təhlükəsizliyin problemi”, “Dağlıq Qarabağ münaqişəsi tarixdir” və s. mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: