Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunun gənc alimi beynəlxalq simpoziumda iştirak edib
11.03.2021 17:09
  • A-
  • A
  • A+

Fizika İnstitutunun gənc alimi beynəlxalq simpoziumda iştirak edib

Yaponiyanın Materialların Nanoarxitektonikası üzrə Beynəlxalq Mərkəzi (WPI-MANA) və Materialşünaslıq Elmləri üzrə Milli İnstitutunun (NIMS) birgə təşkilatçılığı ilə “Gənc Alimlərin Beynəlxalq Mərkəzi (ICYS) MANA-2021” beynəlxalq simpoziumu keçirilib. 

Onlayn keçirilən tədbirdə dünyanın aparıcı ölkələrinin elm mərkəzlərinin nüfuzlu əməkdaşları və eyni zamanda gənc alimləri tərəfindən nanotexnologiya və nanomaterialların bugünkü və gələcək perspektiv istiqamətləri barədə müzakirələr aparılıb, məruzələr və video-posterlər dinlənilib.

Tədbirdə AMEA-nın Fizika İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Samirə Məmmədova da iştirak edib. Gənc alim simpoziumda “Çoxdivarlı-Karbon Nanoboru əsaslı/Azərbaycan bentoniti kompozitlərinin elektrik xassələrinin tədqiqi” mövzusunda video-poster təqdimatla çıxış edib.

S.Məmmədova simpoziumda iştirakına görə sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: