Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

Yanvarın 23-də AMEA Rəyasət Heyətində 2015-ci ildə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru hazırlığı üzrə doktorantura qəbuluna həsr olunmuş iclas keçirildi.

İclası giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlərlə bağlı ətraflı məlumat verdi.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə Humanitar və İctimai Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarına 79 yer (52 əyani, 27 qiyabi) ayrılmışdır.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, doktorantların dissertasiya mövzularının aktuallığı respublikanın perspektiv inkişafının real tələblərinə və məqsədlərinə uyğun müəyyənləşdirilməlidir.

Akif Əlizadə, erkən inkişaf dövrlərində Azərbaycanın etnogenezinin araşdırılmasını və müasir etnik qrupların inkişaf tarixi və tolerantlıq məsələlərinin öyrənilməsi təklifini də irəli sürdü. AMEA Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının rəhbərliyinə mövzuların daha dəqiq seçilməsini tövsiyə etdi.

Sonra doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

İclasda doktorantların təqdim olunan mövzuları müzakirə olunaraq AMEA RH-ın qərarı ilə təsdiq edildi. Həmçinin Fəlsəfə və Hüquq, İnsan Hüquqları institutlarının doktoranturaya qəbul məsələsinə daha sonra baxılması qərara alınıb.

Tədbirdə institutların müraciətini nəzərə alaraq HİEB tərəfindən Fəlsəfə və Hüquq İnstitutu üzrə əlavə 3, Əlyazmalar İnstitutu üzrə 1, Folklor İnstitutu üzrə 1 yerin ayrılması üçün RH qarşısında vəsatət qaldırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: