Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc kimyaçı alim beynəlxalq simpoziumda çıxış edib
09.03.2021 09:37
  • A-
  • A
  • A+

Gənc kimyaçı alim beynəlxalq simpoziumda çıxış edib

Almaniyanın Marburq Universiteti, “EurJOC” və “ChemBioChem” beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə XV Alman Peptid simpoziumu keçirilib.

Onlayn keçirilən konfransda dünyanın 20-yə yaxın ölkəsindən aparıcı elm mərkəzlərinin alimlərinin peptidlərin sintezi, onların nanostrukturlarının müasir fiziki-kimyəvi metodlarla tədqiqinə dair məruzələri dinlənilib.

Tədbirdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, gənc alimin sözügedən tədqiqatları AKİ-nin AR Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsində qalib layihə çərçivəsində yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: