Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2021 15:28
  • A-
  • A
  • A+

Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak edir

Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak edir

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru v.i.e., akademik Qərib Məmmədov müəssisənin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. 

Daha sonra akademik Qərib Məmmədov AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə institutun Qadınlar Şurasının sədri, a.e.ü.f.d. Əminə Axundova və b.ü.f.d. Nərgiz Həkimovaya AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanını təqdim edib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, a.e.ü.f.d. Qoşqar Məmmədov Azərbaycan qadınının ölkənin ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirakının önəmini qeyd edərək, xanımları təbrik edib.

Müəssisənin HİK sədri, a.e.d. Məmməd Məmmədov, a.e.d. Mustafa Mustafayev, a.e.f.d. Əminə Axundova və qurumun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev isə Azərbaycan cəmiyyətində qadınların fəallığı məsələsinə toxunub, xanım əməkdaşları əlamətdar gün münasibətilə təbrik ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: