www.science.az
26.01.2015 00:00

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq cəmiyyətin saytında dərc olunub

AMEA Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının məqaləsi Bərpa Olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyətinin saytında yerləşdirilib.

Bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasov və bir qrup əməkdaşın birlikdə hazırladıqları, “FUEL” jurnalında dərc olunmuş elmi məqalə bərpa olunan enerji tədqiqatları sırasında Bərpa olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyəti tərəfindən açar məqalə kimi seçilərək həmin cəmiyyətin saytında yerləşdirilib.

Beynəlxalq cəmiyyət hər il akademik auditoriya və istehsalat-elm işçiləri, habelə əsas akademiya institutları, həmçinin istehsal şirkətləri tərəfindən təqdim edilmiş işləri nəzərdən keçirir.

Məqalələrin Bərpa olunan Qlobal Enerji İnnovasiyalar Cəmiyyəti tərəfindən saytda yerləşdirilməsi geniş imkanlar yaradır. Bu, qlobal mühitin yaradılmasında və bərpa olunan qlobal enerji innovasiyaları sahəsində başlanğıc üçün olduqca vacib məsələdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.