Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“COST proqramında iştirak” mövzusunda vebinar keçirilib
05.03.2021 11:58
  • A-
  • A
  • A+

“COST proqramında iştirak” mövzusunda vebinar keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Avropa Birliyinin Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST - European Cooperation in Science and Technology) layihəsi üzrə vebinar keçirilib.

Vebinarda institutun  laboratoriya rəhbərləri, elmi işçilər, magistrlar və başqaları iştirak ediblər.

Müəssisənin Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev vebinarı giriş sözü ilə açaraq Avropa Birliyinin (AB)  çərçivə proqramları və COST Proqramı barədə ümumi məlumat verib.

Tədbirdə “Horizon 2020” Proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici şəxs, Təhsildə Keyfiyyət Təminat Agentliyinin Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin müdiri İlham Hümbətov COST proqramına həsr edilmiş prezentasiya ilə çıxış edib. İ.Hümbətov iştirakçılara COST proqramı vasitəsilə Azərbaycan alimlərinin Avropa Birliyi alimləri ilə əməkdaşlığı üçün yeni imkanlar yaradıldığını bildirib. Sonra İ.Hümbətov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək AB layihələrində Azərbaycan alimlərinin iştirakının vacibliyini qeyd edib və öz tövsiyələrini verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: