Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Coğrafiya İnstitutunda “National Geographic Azerbaijan” jurnalının redaksiya heyətinin üzvləri ilə görüş keçirilib
23.01.2015 00:00
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda “National Geographic Azerbaijan” jurnalının redaksiya heyətinin üzvləri ilə görüş keçirilib

AMEA Coğrafiya İnstitutunda “National Geographic Azerbaijan” jurnalının redaksiya heyətinin üzvləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Bakıda nəşr olunan “National Geographic Azerbaijan” jurnalının ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra jurnalın baş redaktoru Seymur Teymurov “National Geographic” jurnalının yaranma tarixindən danışıb. Bildirib ki, 1888-ci ildən çap olunan ingilisdilli “National Geographic” jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Altmış milyondan çox oxucu auditoriyasına malik jurnalı 40 dildə oxumaq mümkündür.

S.Teymurov qeyd edib ki, “National Geographic” jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda nəşr edilməyə başlanıb. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.

Jurnalın yerli dillərdə çap olunan 40-cı versiyası – “National Geographic Azərbaycan” ölkədə ekoloji məlumatlandırma və maarifləndirmə istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, ətraf mühitin mühafizəsi, fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvi təhlükəsi və digər ekoloji problemlər də jurnalın hədəf obyektidir.

Tədbirdə birgə əməkdaşlıq imkanları, elmi məqalələrin nəşri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: