Martın 3-dən etibarən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi “Telegram” kanalı (@seisaz) istifadəyə verilib.
Kanalda respublika ərazisində baş verən zəlzələlərə dair operativ xəbərlər, yeni seysmik stansiyaların quraşdırılması istiqamətində görülən işlər, eləcə də mərkəzdə keçirilən tədbir və görüşlərlə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə çatdırılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.
Qeyd edək ki, Mərkəzin “Facebook” sosial şəbəkəsində eyni adlı rəsmi səhifəsi də fəaliyyət göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.