Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2021 17:00
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye Zavodunun direktor müavini döş nişanı ilə təltif edilib

Təcrübə-Sənaye Zavodunun direktor müavini döş nişanı ilə təltif edilib

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanı ilə təltif edilib.

Yubiley döş nişanını S.Rüstəmova AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov təqdim edib.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlarının 115 illiyi münasibətilə təsis olunan yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə S.Rüstəmovla yanaşı, AMEA-nın 7 əməkdaşı da təltif olunub.

Xatırladaq ki, S.Rüstəmov texnopark və onun rezidentlərinin Vətən müharibəsi dövründə silahlı qüvvələrimizə dəstək təşəbbüsündə yaxından iştirak etmiş, AMEA-nın Azad Həmkarlar İttifaqı, YT Park və Təcrübə-Sənaye Zavodunun Həmkarlar Komitəsinin dəstəyi ilə həyata keçirilən yardımların ordumuza çatdırılması işində xüsusi fəallıq göstərib. Bu yardımlar Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi mühərrik yağları, əsgərlərimiz üçün zəruri tələbat malları, şəxsi gigiyena vasitələri, tibbi ləvazimatlar, Naftalan yağı, isti paltar və s.-dən ibarət olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: