Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsi qurbanları yad edilib
27.02.2021 11:34
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsi qurbanları yad edilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov öz çıxışında erməni quldurları ilə birlikdə sovet ordusunun 366-cı alayının törətdikləri Xocalı soyqırımını bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğunu bildirərək vurğulayıb ki, bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 1275 nəfər dinc sakin isə əsir götürülüb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqrımına  hüquqi-siyasi qiymət verilmiş və Prezident İlham Əliyevin apardığı davamlı və məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımı bir sıra dövlətlər tərəfindən tanınıb. Z.Əkpərov həmçinin qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Müzəffər Azərbaycan ordusu Xocalı qurbanlarının qisasını alaraq və işğal altında olan ərazilərimiz geri qaytarıb. 

Sonra isə əslən Xocalıdan olan  institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov Xocalı soyqırımı haqda valideynlərinin və yaxın qohumlarının xatirələrini danışıb. O, çıxışında bildirib ki, həmin hadisələr zamanı yaşı az olsa da baş verən hadisələrin şahidi olub və erməni qəsbkarları tərəfindən 10 nəfərdən çox qohumu şəhid olub.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş 10 dəqiqəlik videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: