Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunun gənc tədqiqatçıları beynəlxalq təlimdə iştirak ediblər
01.03.2021 13:38
  • A-
  • A
  • A+

Botanika İnstitutunun gənc tədqiqatçıları beynəlxalq təlimdə iştirak ediblər

AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Elnarə İsgəndərli və Yaqut Yusifova İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən təşkil olunan “Viral xəstəliklərin diaqnostikasında fundamental yanaşmalar” (“Fundamental techniques in viral diseases diagnostics”) adlı təlimdə iştirak ediblər.

Dörd sessiyadan ibarət tədbirdə günümüzdə aktual olan viral xəstəliklərdən, COVID-19 virusu və ona qarşı təklif olunan peyvəndlərdən, eləcə də bu xəstəliklər zamanı səmərəli diaqnostika metodlarından bəhs olunub. Təlimdə fərqli ölkələrdən olan ekspertlər çıxış edərək viroloji sahədə əldə etdikləri təcrübəni paylaşıblar. Tədbirdə Çinin Vuhan Viroloji İnstitutundan prof. Di Liu həmçinin Pakistanın Milli Virologiya İnstitutunun əməkdaşlarından Dr. Məhəmməd Rəşid  maraqlı çıxışları ilə seçiliblər.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında maraqlı diskusiyalar təşkil edilib, müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: