Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Polimer Materialları İnstitutunda Xocalı faciəsinin qurbanları anılıb
26.02.2021 17:29
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Xocalı faciəsinin qurbanları anılıb

AMEA-nın Polimer Materialları İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdiyini bildirib. O, erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücum edərək şəhəri yerlə-yeksan etdiklərini söyləyib.

İnstitutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Kazım Quliyev isə Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.

Müəssisənin elmi katibi, dosent Solmaz Rzayeva çıxışında ötən əsrin ən dəhşətli və qəddarcasına törədilmiş faciələrindən biri olan Xocalı soyqırımının Azərbaycan xalqının sağalmayan yarası olduğunu vurğulayıb. O, Vətən müharibəsindəki qələbə nəticəsində məcburi köçkünlərimizin tezliklə işğaldan azad olunan yurdlarına geri dönəcəklərinə, dağıdılmış şəhər və kəndlərimizin bərpası üçün çalışacaqlarına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: