Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2021 15:18
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Dendrologiya İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AMEA-nın Dendrologiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Yığıncaqda AMEA-nın müxbir üzvü, institutunun direktoru Tofiq Məmmədov Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, Xocalı faciəsinə hüquqi və siyasi qiyməti ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Daha sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, çıxışında Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını, əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü olduğunu vurğulayıb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışaraq, əlavə edib ki bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir.

Tədbirin sonunda Xocalı soyqırımı xatirə qurbanlarına həsr olunmuş sənədli filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: