Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyası nəşr olunub
24.02.2021 11:05
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyası nəşr olunub

Mərkəzi Elmi Kitabxana tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafik göstəricisi tərtib edilib.

Kitabın elmi redaktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi doktorant Afət Məmmədovadır.

Biblioqrafik göstərici Tehran Əlişan oğlu Mustafayevin elmi-pedaqoji fəaliyyətinin 1981-2020-ci illərini əhatə edir. Göstəriciyə alimin hə­yatı, elmi-pedaqoji fəaliyyəti haqqında oçerk, dərslik və dərs vəsaitlərinin, Azərbaycan və rus dillərində dərc olun­muş məqalələrinin, res­­­­­­­­pu­b­­li­ka və beynəlxalq əhəmiyyətli konfranslardakı məruzələrinin, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilib.

Vəsaitdə, həmçinin T.Mustafayevin redaktə etdiyi kitablar, gör­kəm­li elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, onun hə­yatı, elmi və ic­ti­mai fəaliyyəti haqqında mənbələr də yer alıb.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədi ilə soraq axtarış aparatı tərtib edilib, Tehran Mustafayevin əsərlərinin, eyni zamanda dövri, ardı davam edən və seriyalı nəşrlərin əlif­ba gös­tə­ri­ci­si­ verilib.

Biobiblioqrafik göstərici filologiya sahəsində ça­­­­lışan alim və mü­tə­xəs­sis­lər, ali mək­təb­ tələbələri, həmçinin ge­niş oxucu kütləsi üçün nə­zər­­­­də tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: