www.science.az
22.02.2021 10:55

AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın biobiblioqrafik göstəricisi hazırlanıb

Mərkəzi Elmi Kitabxana musiqişünas alim, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın biobiblioqrafik göstəricisini  hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarına əsasən çap olunan göstəricinin elmi redaktoru akademik Teymur Bünyadov, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçiləri Gülarə Abdullayeva və Nərgiz Novruzovadır.

Biobiblioqrafik göstəricidə sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın elmi pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, hə­­­yat və fəaliyyətinin əsas tarixləri və alimin 1974-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyası əks olunub. Göstəriciyə alimin monoqrafiyaları, broşürləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə, konfranslarda Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, həmçinin konfranslardakı çıxışları, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları daxil edilib.

Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər xronoloji qaydada, əlifba sırası ilə əks olunub.

Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə biblioqrafiyanın sonunda alimin əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilib.

Biobiblioqrafik göstərici sənətşünaslıq sahəsində ça­­­­lışan alim və mü­tə­xəs­sis­lər, ali mək­təb­ tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nə­zər­­­­də tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.