Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının attestasiyası keçirilib
22.02.2021 10:41
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının attestasiyası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrantların attestasiyası keçirilib.

Qurumun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Attestasiya Komissiyasının sədri Məhəmməd Babanlı iclası açaraq bildirib ki, müəssisə rəhbərinin əmri ilə 19 fevral 2021-ci il tarixində institutda Attestasiya Komissiyası yaradılıb.

Sonra iclasda magistrantların il ərzində apardıqları elmi-tədqiqat işlərinin hesabatı dinlənilib. Komissiya üzvləri magistrantların fərdi iş planları, həmçinin qış imtahan sessiyasında topladıqları ballarla tanış olublar.

Sonda gənclərin elmi fəaliyyəti qənaətbəxş hesab edilib, onlara müvafiq təklif və tövsiyələr verilib.

Qeyd edək ki, müəssisədə 6 ixtisaslaşma üzrə 17 magistrant (10 nəfəri I kurs, 7 nəfəri II kurs) təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: