Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Muxtar İmanov onlayn seminarda Azərbaycan dilinin imkanlarından danışıb
21.02.2021 13:08
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanov onlayn seminarda Azərbaycan dilinin imkanlarından danışıb

Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq ana dili günü” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, akademik Muxtar İmanov açıb. Azərbaycan dilinin imkanlarından danışan akademik qeyd edib ki, dilimizin zənginliyi elmi, bədii, publisistik üslublarda öz əksini tapmalıdır və bu üslubları inkişaf etdirmək bizim ən böyük vəzifələrimizdən biridir.

Sonra ADU-nun magistrantı Nicat Həşimzadə “Azərbaycan dilinin yaranması, tarixi əhəmiyyəti” mövzusunda çıxış edib.

Daha sonra universitetin Magistratura şöbəsinin müdiri, ped.ü.f.d., dos. Firuzə Rzayeva bu tipli tədbirlərin əhəmiyyətindən danışıb. F.Rzayeva çıxışının sonunda magistrantlar adından akademik M.İmanova seminarın təşkilinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: