Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutu struktur dəyişiklikləri barədə məlumata münasibət bildirib
21.02.2021 13:03
  • A-
  • A
  • A+

Tarix İnstitutu struktur dəyişiklikləri barədə məlumata münasibət bildirib

“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tarix İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaq.

  • Paylaş: