Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2021 11:06
  • A-
  • A
  • A+

Bölmənin Nəbatat bağında elmi-praktik seminar keçirilib

Bölmənin Nəbatat bağında elmi-praktik seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Biologiya” ixtisası üzrə tələbələrinin iştirakı ilə “Nəbatat bağında yerləşən istilikxananın bitkiliyi” mövzusunda elmi-praktik seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamına uyğun olaraq keçirilən seminarda institutun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tələbələrə nəbatat məfhumu, Nəbatat bağlarının elmi əhəmiyyəti, məqsəd və vəzifələri, burada becərilən bitkilərin xüsusiyyətləri, becərilmə texnikası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun olmayan ekvatorial, subekvatorial, tropik bitki nümunələri istilikxanada toplanaraq onlar üzərində elmi-tədqiqat işləri aparılır”, - deyə bildirən T.Paşayev istilikxanadakı bitkilər, onların artırılması üsulları və başqa xüsusiyyətlərindən ətraflı bəhs edib. Bildirilib ki, aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi başqa iqlim qurşaqlarına məxsus bitkilərin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılması və yaşıllaşdırmada istifadə imkanlarının öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, burada olan bitkilərin bəziləri gənclərin böyük marağına səbəb olub. Sonda tələbələrin istilikxananın iş prinsipi, becərilən bəzi bitki növləri, aparılan tədqiqatların nəticələri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: