Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanın Milli Qəhrəmanına məxsus şəxsi əşyalar Tarix Muzeyinə təhvil verilib
19.02.2021 09:55
  • A-
  • A
  • A+

Azərbaycanın Milli Qəhrəmanına məxsus şəxsi əşyalar Tarix Muzeyinə təhvil verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə şəhid, Milli Qəhrəman Çingiz Qurbanovun şəxsi əşyaları təhvil verilib.

Şəhidin materialları muzeyə Sənədli mənbələr fondunun müdiri Esmira Rəhimova tərəfindən təqdim edilib.

Qeyd edək ki, Çingiz Qurbanov 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan - Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. Nəşi düşmən tərəfində qalıb və 2017-ci il fevralın 5-i Azərbaycan tərəfinə təhvil verilib. Şəhid Qusar şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: