Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsinin icrasından irəli gələn vəzifələr üzrə Tədbirlər planı hazırlanıb
21.01.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsinin icrasından irəli gələn vəzifələr üzrə Tədbirlər planı hazırlanıb

AMEA Rəyasət Heyətinin bugünkü iclasında 2014-cü il dekabrın 19-da keçirilmiş Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsinin icrasından irəli gələn vəzifələr üzrə hazırlanmış Tədbirlər planı təsdiq olunub.

Tədbirlər planında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin enerji, informasiya, ərzaq və iqtisadi təhlükəsizliyinin qorunmasında və s. elmin yaxından iştirakının təmin edilməsi, Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Bildirilir ki, beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən yüksək texnologiyalara dair araşdırmaların ölkəmizdə də aparılmasının təmin edilməsi, həmçinin Azərbaycan elminin nailiyyətlərinin xarici ölkələrdə tanıdılması baxımından beynəlxalq elmi əlaqələrin inkişafı olduqca zəruridir və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafının vacibliyi nəzərə alınaraq onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.

Planda, həmçinin Azərbaycan gəncliyinin rəqabət qabiliyyətli elmi biliklər əldə etməyə və onların mənəvi resurslarının səfərbər edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, 15 may tarixinin respublikada “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması, “Elm haqqında” qanunun qəbulu, eləcə də digər normativ-hüquqi sənədlərin hazırlanması kimi məsələlər qeyd olunub, müvafiq işlər üzrə icraçı qurumlar və məsul şəxslərə tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: