Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2021 17:31
  • A-
  • A
  • A+

Qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürlərinə dair seminar keçirilib

Qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürlərinə dair seminar keçirilib

AMEA-nın Geologiya və Geofizika  İnstitutunda “Qlobal iqlim dəyişmələri planetimizin əsas çağırışı kimi, onların Azərbaycan ərazisində təzahürləri” mövzusunda ümumrespublika elimi seminarı keçirilib.

İnstitutun direktoru, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq son illərdə dünya miqyasında müşahidə olunan iqlim dəyişmələrinin təzahürlərinin Azərbaycandan da yan keçmədiyini bildirib, bu istiqamətdə ölkə alimlərinin apardıqları tədqiqat işlərini xatırladıb. Qeyd edib ki, iqlim dəyişmələri ilə bağlı Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun tədqiqatları xüsusilə seçilir.

Sonra akademik R.Məmmədov iqlim dəyişmələrinin nəzəri əsasları, proqnoz modelləri, dövlətlərarası Ekspertlər Qrupunun təklif etdiyi model və ssenarilər əsasında Azərbaycan üçün alınmış nəticələr, respublika ərazisində müşahidə olunan iqlim parametrləri haqqında geniş məlumat verib. Həmçinin iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə, kənd təsərrüfatına və ölkə ərazisində insan sağlamlığına təsirini faktlar, rəqəmlər, diaqramlarla izah edib, iştirakçıların suallarını cavablandırıb.

Seminar iştirakçıları məruzə ətrafında çıxış edərək akademik Ramiz Məmmədovun bu yöndə tədqiqatlarını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: