Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
19.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, professor Maisə Rəhimova xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs edib. M.Rəhimova həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Tədbirdə çıxış edən akademik Teymur Bünyadov və başqaları 20 Yanvar hadisələrindən ətraflı söhbət açıb və faciənin acı nəticələrinin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd ediblər.

Sonda bir daha vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda, tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: