www.science.az
19.01.2015 00:00

20 Yanvar faciəsinin 25-ci ildönümü Neft-Kimya Prosesləri İnstitutunda da qeyd edilib

AMEA Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, texnika üzrə elmlər doktoru Hikmət İbrahimovAzərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında geniş fikirlərini bildirib. Hikmət İbrahimov həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını xüsusi qeyd edib.

Daha sonra institutun əməkdaşları Sevda SuleymanovaElnarə Mahmudova və başqaları 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsi tarixində oynadığı rol barədə mülahizələrini bildiriblər. Həmin qanlı hadisələrin, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar.

Sonda 20 Yanvar faciəsi ilə bağlı tarixi kadrlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.