www.science.az
19.01.2015 00:00

“Azərbaycanın neft salnaməsi” sərgisi öz işini yekunlaşdırıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il sentyabrın 16-da açılışı olmuş “Azərbaycanın neft salnaməsi” sərgisi öz işini yekunlaşdırıb.

Ümumilikdə sərgini ölkə və xarici vətəndaşlar olmaqla, 2104 nəfər ziyarət edib. Sərgi iştirakçılarına “İrs - Наследие” beynəlxalq jurnalının rus və ingilis nömrələri hədiyyə edilib.

Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş sərgidə Azərbaycanın neft tarixi ilə bağlı 600-dək eksponat, Xalq Rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyası və digər materiallar nümayiş etdirilib.

Sərgini Bakı Dövlət Universiteti, Azərbaycan Ali Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, “Xəzər” Universiteti, Azərbaycan Neft kolleci, Bakı Neft - Energetika Kolleci, Ali hərbi məktəbin hazırlıq qrupunun kursları, “Kaspi” liseyi, Elitar gimnaziya, həmçinin orta məktəbin müəllim-şagird kollektivləri ziyarət ediblər.

Sərgi AR Milli Məclisi, “Asan xidmət”, həmçinin BP şirkətinin əməkdaşlarının da marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.