Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Şahin Mustafayev beynəlxalq tədbirdə iştirak edib
01.02.2021 16:52
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev beynəlxalq tədbirdə iştirak edib

YUNESKO-nun nəzdində fəaliyyət göstərən Asiya-Sakit Okean Regionu Qeyri-maddi mədəni irs üzrə Beynəlxalq İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP, Cənubi Koreya) ilə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu (IICAS, Özbəkistan) tərəfindən “İpək Yolunda qeyri-maddi mədəni irs” mövzusunda birgə beynəlxalq vebinar keçirilib.

Onlayn formatda təşkil olunmuş vebinarda tarixi İpək Yolu üzərində yerləşən ölkələrin qeyri-maddi mədəni irsinin inventarizasiyası, müştərək tədqiqi və qorunması sahəsində atılacaq addımlar müzakirə olunub. O cümlədən, bu istiqamətdə müxtəlif ölkələrdə aparılan fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.

Tədbirdə AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib. Azərbaycanlı alim vebinar iştirakçılarına ölkəmizdə İpək Yolu sahəsində aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Ş.Mustafayev ölkəmizin yeni yaradılan beynəlxalq koordinasiya mərkəzinin işində iştirak perspektivlərini dəyərləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: