Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı mərasim keçirilib

AMEA Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı mərasim keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.

Tədbirdə institutun direktorunun elmi işlər üzrə müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 1990-cı il 20 Yanvar gününün xalqımızın azadlığı uğrunda çarpışanların tarixi olduğunu söyləyib. Bildirilib ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimiz üçün örnəkdir. O illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti xalqımız üçün böyük bəlaya çevrilib. Elm adamları, ziyalılar daim xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.

İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.

Digər çıxış edənlər də 20 Yanvar faciəsini heç vaxt unutmayacaqlarını bildiriblər.

Sonda Qanlı Yanvar hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: