Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alimlər Rusiyada keçirilən  konfransda iştirak edirlər
29.01.2021 17:10
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada keçirilən konfransda iştirak edirlər

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları, professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova Moskva şəhərində keçirilən 28-ci “Математика. Компьютер. Образование” (Riyaziyyat. Kompüter. Təhsil) adlı onlayn beynəlxalq konfransda iştirak edirlər.

Mürəkkəb sistemlərin biofizikası. Hesablama və sistemli biologiya. Molekulyar modelləşmə” mövzuları üzrə mövcud tədqiqatlar çərçivəsində aparılan konfransda çıxış edən professor R.Xəlilovun  “Radiasiyanın buğda (Triticum L.) və qarğıdalı (ZeaMays L.) bitkilərinə təsiri: EPR tədqiqatları” (R.İ.Xəlilov, A.N.Nəsibova, U.M.Kasumov, M.A.Bayramov) adlı məruzəsi maraqla qarşılanıb.

Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının, Biologiyanın Fundamental Problemləri İnstitutunun direktoru Anatoliy Tsıqankov, Nəzəri və Eksperimental Biofizika İnstitutunun professoru Henri İvanitskiy, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Qalina Rizniçenko və başqa alimlər də məruzə ilə çıxışlar ediblər.

Qeyd edək ki, yanvarın 30–dək davam edəcək beynəlxalq konfrans fənlərarası xarakter daşıyır, həmçinin elm və ali təhsil işçilərinin səylərini birləşdirməyə, Rusiya elm və təhsil ənənələrini qorumağa, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi-pedaqoji kadrların ixtisaslarını artırmağa, gənclərin elm və təhsilə cəlb edilməsinə yönəldilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: