Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutu beşillik elmi-tədqiqat planını təsdiq edib
29.01.2021 17:16
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu beşillik elmi-tədqiqat planını təsdiq edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Tədbir AMEA Rəyasət Heyətinin 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planları haqqındakı qərarına uyğun olaraq təşkil edilib.

İclasa sədrlik edən müəssisənin direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələ ilə iştirakçıları tanış edib. O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə işğal altında qalması bu torpaqların əsil sahiblərini əraziləri tədqiq etmək və istifadəsindən yararlanmaq imkanlarından kənarda saxlamışdı. Lakin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı vəhşi erməni qəsbkarlarından azad etməsi bizə yenidən bu imkanı yaradıb. Bu bölgədə tədqiqatların bərpasına, ərazinin fiziki, iqtisadi və insan coğrafiyasının öyrənilməsinə böyük ehtiyac var.  Ona görə də işğaldan azad edilmiş Qarabağın fundanental olaraq öyrənilməsi institut əməkdaşlarının öndə duran ən vacib vəzifələrindən biridir.

Sonra institutun 2021-2025-ci illər üçün nəzərdə tutduğu elmi-tədqiqat işlərinin planı müzakirəyə qoyulub. Bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq 2 problem - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi, adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi üzrə 5 mövzu Elmi şura tərəfindən təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: