Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda prioritet istiqamətlər üzrə tədqiqatlar aparılacaq
29.01.2021 14:54
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda prioritet istiqamətlər üzrə tədqiqatlar aparılacaq

Yanvarın 29-da AMEA-nın Biofizika İnstitutunun El­mi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, El­mi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyindəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

Sonra 2021-2025-ci illərdə müəssisədə aparılacaq elmi-tədqiqat işlərinin planı müzakirə olunub. O.Qasımov elmi-tədqiqat işlərinin müasir və aktual prioritet istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək üçün laboratoriya rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb. Bildirib ki, fəaliyyət planı müasir dünya elminin inkişaf tendensiyaları ilə uzlaşmalıdır. Alim Azərbaycan elminin inkişafına töhfə verə bilən tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: