www.science.az
28.01.2021 11:24

İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə olunub

İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir AMEA-nın İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın növbəti onlayn iclası keçirilib.

İqtisadiyyat İnstitutunun direktoru, şuranın sədri, professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilib.

Şuranın elmi katibi, dosent Yunus Sadıqov bildirib ki, iclasın müzakirəsinə bir sıra ali təhsil müəssisəsində fəlsəfə (15 nəfər) və elmlər (1 nəfər) doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların dissertasiya mövzuları çıxarılacaq.

Sonra dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılaraq təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.