www.science.az
19.01.2015 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələrindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. 

Sonra institutun Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov 20 Yanvar gününün müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olduğunu bildirib. Faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı vurğulayıb. 

Tədbirdə biologiya üzrə elmlər doktoru Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktorları Qədir QasımovƏkbər Kərimov və başqaları çıxış edərək 20 Yanvar faciəsinin canlı şahidləri kimi həmin gecə baş verən hadisələri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.