Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ədəbiyyat İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən müsabiqədə qaliblərdən olub
26.01.2021 17:01
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən müsabiqədə qaliblərdən olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Prezident təqaüdçüsü, şair-publisist İbrahim Yusifoğlu “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsində qaliblərdən olub.

Müsabiqə 2020-ci ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan elan edilib. Müsabiqəyə hər iki ölkədən şairlər qatılıb.

İbrahim Yusifoğlu Qarabağ nisgili ilə yazdığı “Mənim dərdim dərdləşməli dərd deyil...”, “Xocalım”, “Əsgər inamı”, “Şəhid bacıları” kimi şeirləri ilə müsabiqəyə qatılıb. Şeirlər müsabiqənin şərtlərınə cavab verdiyindən İ.Yusifoğlu qaliblər sırasında yer alıb.

Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının toplu halında nəşrini də planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: