Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.01.2021 14:53
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır

Mərkəzi Elmi Kitabxanada 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır

1923-cü ildə əsası qoyulan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) tarixi əhəmiyyətli elmi nəşrlər olan nadir və qiymətli kitablar saxlanılır. MEK-in “Nadir kitab” fondunda mühafizə olunan kitablardan biri də 1533-cü ilə aid latın dilində yazılmış Flavius Blondus adlı alimin qədim Romaya həsr etdiyi nəşrdir. Kitab qədim romalıların yaratdığı dövlət və mədəniyyəti tərənnüm etdiyindən Romanın qələbəsi, təntənəsi adlanır. Romanın inzibati və hərbi qurumlarını nümunəvi hesab edir və müasir italiyalılara qədim Romanı özlərinə örnək seçməyi məsləhət görür, onları romalılar kimi vətənpərvər olmağa çağırır.

Qeyd edək ki, “Nadir kitab” fondu çap ilindən, yerindən və dilindən asılı olmayaraq, nadir kitab meyarına uyğun, unikal, miniatür nəşrləri özündə birləşdirir.  Burada mühafizə olunan kitablar əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: