Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əsrlərlə Azərbaycana qarşı kartoqrafik-toponimiya müharibəsi aparılıb
25.01.2021 14:58
  • A-
  • A
  • A+

Əsrlərlə Azərbaycana qarşı kartoqrafik-toponimiya müharibəsi aparılıb

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Bakı Musiqi Akademiyasının Elmi laboratoriyası tərəfindən təşkil olunan qanlı Yanvar və Qarabağ hadisələrinə həsr edilən dəyirmi masada məruzə ilə çıxış edib.

Azərbaycana qarşı əsrlərlə aparılan kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektlərini araşdıran alim erməni və rus kartoqraflarının özlərinin tərtib etdikləri tarixi-coğrafi xəritələrə istinad edərək bəzi faktlar və statistik rəqəmlər əsasında ermənilərin bu yönümdə təcavüzünü ifşa etməyə çalışıb. O bildirib ki, Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasəti, həm də kartoqrafik-toponimiya müharibəsi aparılıb.

İlk olaraq işğalçılıq siyasətini və ardınca ermənilərin Qafqaza köçürülməsini həyata keçirən rus çarı I Pyotr və ondan sonrakı hökmdarların əsas məqsədlərindən biri torpaqlarımızı istila etmək, onların “yeni” xəritələrdə yeni sərhədlərlə, yeni inzibati-ərazi bölgüsü çərçivəsində reallığa çevrilməsi olmuşdur.

Coğrafiyaçı alim 300 il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə olan vandal münasibətə baxmayaraq, xalqımızın mübarizə apardığını, yaşayıb-yaratdığını və daim inkişaf etdiyini xüsusi qeyd edib: “Zaman bizim xeyrimizə işləyir. 2020-ci ilin payızında Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydın oldu ki, “böyük Ermənistan” xülyası heç zaman  gerçəkləşməyəcək. 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni mifini tarixin zibilliyinə atdı və orda basdırdı”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: