www.science.az
16.01.2015 00:00

AMEA Mərkəzi Elmi Kitabxanasında “AMEA-nın Elmi Nailiyyətlər Sərgisi”nin ilk yığıncağı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA-da daimi fəaliyyət göstərən “Elmi Nailiyyətlər Sərgisi”nin təşkili üzrə komissiya və işçi qrupunun birgə ilk iclası keçirilib.

Yığıncaqda bu il noyabr ayında keçiriləcək AMEA-nın 70 illiyinə həsr olunmuş beynəlxalq sərgi üçün nəzərdə tutulan komissiya və işçi qrupunun tərkibi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Tədbiri giriş sözü ilə komissiyanın sədri, akademik Hətəm Quliyev açaraq gündəlikdə duran məsələləri sadalayıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə Komissiya yaradılıb. Akademik, müstəqillik illərində dövlətin elmə qayğısı və Azərbaycan alimlərinin fədakar əməyi nəticəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında elmin müxtəlif istiqamətlərində həm fundamental, həm də innovativ tətbiqi əhəmiyyəti olan bir sıra nailiyyətlər əldə olunduğunu, bu nailiyyətlərin istehsalatın bir çox sahələrində istifadə edilməsi üçün xarici dövlət və qeyri dövlət müəssisələrinin mütəxəssislərini yeniliklər barədə müntəzəm olaraq məlumatlandırmağın əsas şərt olduğunu vurğulayıb. Buna görə də alimlərimizin elmi nailiyyətlərinin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

Sonra sərginin rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva sərginin effektiv təşkili məqsədi ilə seçilmiş işçi qrupunun adlarını iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, işçi qrupunun nümayəndələri AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Nail Qurbanov Humanitar və İctimai elmlər Bölməsi üzrə, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Faiq Məmmədov Kimya Elmləri Bölməsi üzrə, AMEA Fizika İnstitutunun əməkdaşı Hüseyn Hüseynov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Nüsrət Siracov Aqrar Elmləri Bölməsi üzrə, Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Pərvanə Əliyeva, Eroziya və Suvarma İnstitutunun böyük elmi işçisi İzzət Talıbov, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov Yer Elmləri Bölməsi üzrə, Rəyasət Heyəti Mərkəzi Aparatından Ağasif Əhmədov təyin olunub.

 Tədbirdə, həmçinin Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə komissiya üzvləri kitabxananın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA akademik Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Oqtay Nüsrətov, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoruRəvan Mehdiyeva, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoruHikmət İbrahimov, AMEA akademik M.F.Nagıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvüMəhəmməd Babanlı, AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoruCəbi Bəhrəmov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və başqaları müzakirələrlə bağlı müxtəlif fikir səsləndirib, sərgiyə dair təkliflər irəli sürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.