Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında saziş imzalanıb
22.01.2021 14:48
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında saziş imzalanıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında elmi əlaqələrin inkişafına dair onlayn şəkildə saziş imzalanıb.

Görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonaqlara Pakistanla Azərbaycan arasında dostluq əlaqələrindən və onların ölkəmizə qardaşlıq dəstəyindən danışıb. Sonra institutun fəaliyyəti haqqında məlumat verən professor qeyd edib ki, Pakistanda çıxan jurnallarla mütəmadi əməkdaşlıq edirlər. Alim əməkdaşlıqdan məmnunluğunu dilə gətirərək, imzalanacaq sözügedən sazişdən sonra münasibətlərin daha da genişlənəcəyinə əminlik ifadə edib.

Pakistan Azərbaycan Gənclər Forumunun prezidenti, "Diplomatic Insight" jurnalının baş redaktoru Məhəmməd Asif Nur öz çıxışında Azərbaycanı Vətən müharibəsində zəfər qazanması ilə bağlı təbriklərini çatdırıb. Pakistanın hər zaman Azərbaycanla qardaş ölkə olduğunu vurğulayıb. Sülh və Diplomatik Araşdırmalar İnstitutu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə imzalanacaq sazişin birgə elmi əməkdaşlığa böyük töhfələr verəcəyini qeyd edib.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun prezidenti Fərhad Asif çıxış edərək Fəlsəfə və Sosiologiya İnstitutu ilə əməkdaşlıqda olduqca maraqlı olduqularını və azərbaycanlı alimlərin məqalələrinin öz jurnallarında görməkdən məmnunluq duyduqlarını bildirib.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə director müavini, t.e.d. Eynulla Mədətli, f.e.d., professor Sakit Hüseynov, f.ü.f.d, dosent Zöhrə Əliyeva və doktorant Hafizə İmanova çıxış edərək imzalanmış bu sazişin birgə elmi əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin olacağını və hər iki ölkənin elminə töhfə verəcəyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: