www.science.az
15.01.2015 00:00

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 May tarixli 964-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2014-cü il 16 May tarixli 964-IVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” nın təsis edilməsi haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların ““Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” nın təsis edilməsi” ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 İyun 2014-cü il